back to top

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Güney Azərbaycan Milli Dövlətçilik Şurasının TƏBRİK MƏKTUBU

Paylaş

Möhtərəm cənab Prezident, müzəffər Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı,
Sizi Doğum gününüz münasibəti ilə ən içdən, ən səmimi duyğularımızla təbrik edir, böyük qürur hissi ilə ifadə etmək istəyirik ki, harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, 50 milyonluq Azərbaycan Sizə minnətdardır.

Sizin qətiyyətli rəhbərliyinizdə aparılan uzaqgörən və ardıcıl siyasi kursun sonucu olaraq, Bu gün Dövlətimiz Azərbaycan sayqın dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur.
44 günlük vətən müharibəsi ilə başlayan və vətən torpaqlarının bütününün düşmən tapdağından qurtarılması ilə nəticələnən sürədə sərgilədiyiniz qətiyyətli duruş və böyük sərkərdəlik örnəyi Azərbaycan xalqının 200 il aradan sonra gələn möhtəşəm zəfərlərinin rəmzi olmuşdur.

Bu gün 50 milyonluq Azərbaycan xalqının Azərbaycan Dövləti ətrafında birləşməsi, Sizin, Azərbaycan Respublikası hüdudlarından kənarda yaşayan azərbaycanlıların taleyinə göstərdiyiniz diqqət və qayğının birbaşa əsəridir.

Möhtərəm cənab Prezident,
Sizi bir daha təbrik edir və əmin olmağınızı istəyirik ki, 50 milyonluq Azərbaycan, daima Sizinlədir.

Sayqılarla,
Güney azərbaycan Milli Dövlətçilik Şurası
adından
Mərkəzi Şura Başqanı
Çingiz Göytürk

Başqa yazılar