back to top

Antiterror əməliyyatlarının başlanması ilə bağlı Güney Azərbaycan Milli Dövlətçilik Şurasının Bildirisi

Paylaş

Azərbaycanımızın da yerləşdiyi coğrafiyada uzun illərdir sürən erməni
işğalçılığı və iran-erməni terror fəaliyyətlərinin nəticələri hər kəsə məlumdur.
Məhz bu işğalçılıq və terror fəaliyyətlərinin nəticəsində on minlərlə insan
həyatını itirmiş, yüz minlərlə insan öz doğma yurdunu tərk edərək uzun illər
qaçqın həyatını yaşamaq məcburiyyətində qalmış, onlarla şəhər, minlərlə kənd
talanaraq yerlə yeksan edilmişdir.

Bütün bunlarla yanaşı, iran-erməni terror ortaqlarının bölgədə
sürdürdüyü əminamansızlıq və terror ortamı bölgənin sosial iqtisadi inkişafına
da ciddi mənfi təsir buraxmışdır.

2020-ci ildə güclü Azərbaycan ordusunun böyük ölçüdə işğala son qoyması
və üç tərəfli sazişin imzalanması bölgəyə sülh, əminamanlıq və barışın gələcəyinə
dair inamı artırsa da, ermənistan tərəfinin üç tərəfli müqavilənin şərtlərinə
uymaması, iran-erməni terror ortaqlarının sürekli gərginliyi artıracaq
fəaliyyətlərdə bulunması Qarabağ ermanilarini silahlandıraraq onları terror
fəaliyyətlərinə yönləndirməsi bir daha göstərdi ki, bölgədə qalıcı barışın təmin
olunması yalnız və yalnız terror qaynaqlarının qurudulması və himayadarlarının
təsirsizləşdirilməsi ilə mümükündür.

Bu baxımdan, qəhrəman Azərbaycan ordusunun terror qaynaqlarını
qurutmağa yönəlik başlatdığı antiterror əməliyyatlarının bölgəmizdə qalıcı barış
və sülhün gətirilməsinə töhfə verəcəyinə dair inancımız tamdır.

Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq, Azərbaycan ordusunun
antiterror əməliyyatlarını dəstəkləyir və dövlətimizin yanında olduğumuzu
bəyan edirik.

19 sentyabr 2023

Başqa yazılar