GAMDŞ’nin Əsasnaməsi

0

1. Təşkilat bölməsi “MDŞ Mərkəzi şurası və İdarə heyəti haqqında” əsasnaməyə uyğun olaraq yaradılır.
2. MDŞ Təşkilat bölməsi MDŞ-nin prinsiplərinə, nizamnaməsinə, qəbul edilmiş ilgili əsasnamələrə, MDŞ Mərkəzi şurası və İdarə heyətinin qərarlarına və bu əsasnaməyə uyğun fəaliyyət göstərir.
3. Təşkilat bölməsi öz fəaliyyətində
Birbaşa MDŞ Mərkəzi şurasının görəvləndirdiyi “Təşkilat məsələlərindən sorumlu Mərkəzi Şura üzvünə tabedir.
4. Bölmə MDŞ-NİN büdcəsindən maliyyələşir.
5. Təşkilat bölməsinin vəzifələri aşağıdakılardır:
5.1. MDŞ Mərkəzi Şurası və İdarə Heyətinin, Təşkilat məsələlərindən sorumlu Mərkəzi Şura üzvünün qərar və göstərişlərini yerinə yetirmək;
5.2. MDŞ strukturlarının nizamnaməyə uyğun olaraq qurulmasını gerçəkləşdirmək, onlara praktik və metodik köməklik göstərmək;
5.3. Təşkilat məsələləri ilə bağlı göstərişlər vermək;
5.4. MDŞ ölkə, şəhər strukturlarının fəaliyyəti haqqında rəy hazırlayıb uyğun orqanlara vermək;
5.5. MDŞ-nin ümumi və bölgəsəl müşavirə və yığıncaqlarının hazırlanması və keçirilməsini təşkil etmək;
5.6. MDŞ üzvlərinə üzvlük vəsiqələri və vəzifəli şəxslərinə səlahiyyətlərini təsdiq edən xidməti sənədlər vermək;
5.7. MDŞ-nin təşkilat məsələləri ilə bağlı sənədlərinin (vəsiqə, anket və s. formalar) doldurulması, qeydiyyatı və saxlanılması qaydalarını müəyyən etmək;
5.8. MDŞ-nin ayrı-ayrı strukturlarını Məramnamə, Nizamnamə, Əsasnamə, təlimat və digər normativ sənədlərlə təmin etmək;
5.9. Təşkilat məsələləri ilə bağlı ərizə, şikayət və təkliflərə baxmaq və həll etmək.
6. Təşkilat bölməsinin:
6.1. MDŞ-nin ölkə və şəhər strukturlarından və MDŞ üzvlərindən hər hansı məsələ ilə bağlı sənəd, arayış və açıqlama tələb etmək;
6.2. Gərəkli bir sıra məsələlərin araşdırılması ilə bağlı işçi qrupu yaratmaq;
6.3. Bölmə əməkdaşları vasitəsi ilə MDŞ ölkə və şəhər strukturlarının yığıncaq və toplantılarına qatılmaq və s. hüquqları vardır.
7. Təşkilat bölməsinə MDŞ Mərkəzi şurasının görəvləndirdiyi MŞ üzvünün təqdimatı əsasında MŞ-nin təyin etdiyi müdir rəhbərlik edir.
8. Müdir:
8.1. Bölmə adından çıxış edir və uyğun orqan qarşısında məsələ qaldırır;
8.2. Bölmə əməkdaşlarının təyin edilməsi barədə (MŞ-NİN sorumlu üzvü ilə razılaşdırmaqla) təqdimatlar verir;
8.3. Bölmənin və bölmə əməkdaşlarının fəaliyyətlərinə və iç disiplin qaydalarına əməl edilməsinə nəzarət edir;
8.4. Bölmənin fəaliyyətinə görə məsuliyyət daşıyır;
8.5. Bölmə əməkdaşlarının mükafatlandırılması və ya cəzalandırılması barədə uyğun orqan qarşısında məsələ qaldırır.
9. Təşkilat bölməsi “ölkə və şəhər strukturları ilə iş” və “qeydiyyat” alt bölmələrindən oluşan struktura malikdir.
10. “MDŞ ölkə və şəhər strukturları ilə iş” altbölməsi bu əsasnamənin 5-ci maddəsinin 5.1, 5.2, 5.3, 5.4, 5.5, 5.9 bəndlərində, “qeydiyyat ” altbölməsi isə 5.1, 5.4, 5.6, 5.7, 5.8, 5.9 bəndlərində göstərilən vəzifələri və bölmə müdirinin göstərişlərini yerinə yetirir.
11. Təşkilat bölməsi MDŞ-nin möhürü, ştampı, blank və başqa atributlarından istifadə edir.
12. Təşkilat bölməsində ştat vahidinin açılması, dəyişdirilməsi və ləğv edilməsi müdirin təqdimatı əsasında MDŞ Mərkəzi Şurası tərəfindən həll olunur.
13. Təşkilat bölməsi altbölmələrinin müdirləri əməkdaşları İdarə heyəti tərəfindən təyin edilir.