1. Ümumi müddəalar
1.1. Güney Azərbaycan Milli Dövlətçilik Şurası (bundan sonra MDŞ) Güney Azərbaycanda itirilmiş dövlətçiliyimizin bərpası və demokratik, sekular, çağdaş hüquq dövlətinin qurulması uğrunda mübarizə aparan qurumları və şəxsləri birləşdirən beynəlxalq ictimai təşkilatdır.
1.2. MDŞ dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, eləcə də, bu nizamnamə əsasında yaradılır və fəaliyyət göstərir.
1.3. MDŞ Güney Azərbaycanda açıq siyasi fəaliyyət və təşkilatlanmanın mümkünsüzlüyünü nəzərə alaraq, burada, hələlik, gizli fəaliyyət prinsipinə üstünlük verir.
1.4. MDŞ-nin Azərbaycan Respublikasında və xaricdə yaranan böl mə, mərkəz, filial, nümayəndəlik və s. strukturları beynəlxalq normalara və ərazisində yerləşdiyi dövlətin qanunlarına uyğun fəaliyyət göstərir.
1.5. MDŞ öz fəaliyyətini könüllülük, demokratiklik, üzvlərinin hüquq bərabərliyi, müstəqil özünüidarə, qanunçuluq, aşkarlıq və insan haqlarına hörmət əsasında quran qeyri-dövlət təşkilatıdır.
1.6. MDŞ hüquqi şəxsdir, mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıq, inventar, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və bu nizamnamədə nəzərdə tutulmuş fəaliyyətinin maddi təminatı üçün lazım olan başqa əmlak ola bilər.
1.7. MDŞ öz vəsaiti hesabına nəşriyyatlar, informasiya və mətbu orqanları, digər müəssisələr, xeyriyyə idarələri, fondlar və s. yarada bilər.
1-8- MDŞ-nin maliyyə vəsaiti aşağıdakı qaynaqlardan Təmin olunur:
-üzvlük haqlarından,
-könüllü verilən vəsaitdən və ianələrdən,
-mühazirələrdən, sərgilərdən və müxtəlif tədbirlərdən,
-müəssisələrinin fəaliyyətindən əldə olunan gəlirlərdən,
-qanunla qadağan olunmamış digər gəlirlərdən.
1.9. MDŞ-nin mülkiyyəti toxunulmazdır və qanunlaqorunur.
1.10. MDŞ fəaliyyət göstərdiyi ölkələrdə dövlətin öhdəliklərinə cavabdeh deyil, dövlət isə MDŞ-nin hər hansı öhdəlikləri üçün cavab vermir.
1.11. MDŞ fəaliyyət göstərdiyi dövlətlərdə, qanuna uyğun olaraq, vergi ödəyir,
Statistika orqanlarına hesabat və ədliyyə orqanlarına zəruri məlumatlar təqdim edir.
1.12. MDŞ-nin möhürü, ştampı, blankı və emblemi vardır.
1.13. MDŞ fəaliyyət göstərdiyi dövlətlərdə valyuta və hesablaşma hesabı aça bilər.
1.14. MDŞ-nin mərkəzi qərargahı … Respublikasının … şəhərində yerləşir.
Hüquqi ünvan:
2. MDŞ-nin məqsəd və vəzifələri
2.1. MDŞ-nin əsas məqsədi:
2.1.1. Azrəbaycan milli hərəkatının MİLLİ DÖVLƏT hədəfinin gerçəkləşdirilməsinə yönəlik gərəkli milli gücü formalaşdırmaq;
2.1.2. Harada yaşamasından asılı olmayaraq, Güney Azərbaycan türklərinin potensialını biraraya gətirmək, fəaliyyətlərini Azərbaycanın güneyində cərəyan edən milli hərəkatın hədəflərinə yönəltmək;
2.1.3. Xalqımızın hər cür istismara, əsarətə, diktaturaya, milli və mənəvi ədalətsizliyə, cəhalət və irticaya, insan haqlarının pozulmasına qarşı mübarizəsini vahid məcraya yönəltmək.
2.2. MDŞ-nin hüquq və vəzifələri:
2.2.1. Güneydə və xaricdə fəaliyyət göstərən milli hərəkatın nümayəndələri, şəxsiyyət və qurumlarının fəaliyyətlərini əlaqələndirmək;
2.2.2. Güney Azərbaycan türklərinin vahid, güclü, milli təşkilat strukturunu formalaşdırmaq;
2.2.3. Azərbaycan tarixini, ədəbiyyatını, dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, fəlsəfi dünyagörüşünü, həyat tərzini və s. araşdıran elmi fəaliyyətləri təşkil etmək;
2.2.4. Milli ideologiyanın çağdaş dövrə uyğun gəlişdirilməsi, tarixi yaddaşın bərpası, milli kimlik bilincinin yüksəldilməsi və milli dövlət hədəfi üçün lazımi nəzəri hazırlıqların təkmilləşdirilməsi uğrunda mübarizə aparmaq;
2.2.5. Bütöv, vahid, bölünməz Azərbaycan ideyasının toplumun bütün qatları və qrupları arasında aparıcı fikir istiqamətinə və fəaliyyət strategiyasına çevrilməsi üçün nəzəri və pratik fəaliyyətlər gerçəkləşdirmək;
2.2.6. Beynəlxalq müstəvidə Azərbaycan milli hərəkatının vahid təmsil mexanizmini formalaşdırmaq;
2.2.7.Öz ideyalarının təbliği, öz hədəf və fəaliyyətlərinin yayılması, operativ informasiya mübadiləsinin təşkili və s. məqsədi ilə nəzəri, publisistik və informatik jurnallar, qəzetlər, bülletenlər və s. nəşr etmək və bu məqsədlə sosial şəbəkələrin imkanlarından yararlanmaq;
2.2.8. Konfrans, forum, dəyirmi masa , virtual müzakirələr keçirmək, görüşlər, mitinqlər aksiyalar və s. kütləvi tədbirlər təşkil etmək.
2.2.9. Beynəlxalq qeyri-hökümət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında, birləşərək ittifaqlar yaratmaq və ittifaqlara qoşulmaq;
2.2.10. Yaşadıqları ölkələrdə Güney Azərbaycan kökənli soydaşlarımızın hüquq və azadlıqlarını təmin etmək üçün dövlət orqanlarına, beynəlxalq qurum və quruluşlara müraciət etmək.
2.3. MDŞ fəaliyyət göstərdiyi ölkələrdə dövlət orqanlarının və vəzifəli şəxslərin işinə qarışmır, eləcə də, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, heç bir dövlət orqanı və vəzifəli şəxsin MDŞ-nin işinə qarışmasına izn vermir.
3. MDŞ-nin fəaliyyət prinsipləri
3.1. Güney Azərbaycan Milli Dövlətçilik Şurası Güney Azərbaycan Milli Hərəkatının milli-siyasi ideya və zəngin dövlətçilik təcrübəsinə, ümumtürk milli məfkurəsinin təməl prinsiplərinə söykənir və Azadlıq, Ədalət, Milli hökumət devizi ilə milli dövlətçiliyimizin qurulması yönündə fəaliyyət göstərir.
3.2.MDŞ azərbaycançılıq prinsipinə dayanır, Azərbaycanı vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir. MDŞ, uğrunda savaşdığı hədəf və idealları məşrutə dövrünün xəritələrində öz əksini tapmış tarixi milli Azərbaycan coğrafiyasında gerçəkləşdirməyi qarşısına məqsəd qoymuşdur.
3.3.MDŞ, Güney Azərbaycan Milli hərəkatının müstəqil qərarvermə zərurətinə inanır, milli dayanışmanın gerçəkləşdirilməsi və vahid milli gücün formalaşdırılması yönündə iş aparır.
3.4.MDŞ qadın və kişi hüquq bərabərliyini rəsmiyyətə tanıyır, qadın hüquq və azadlıqlarının hər hansı bir bəhanə ilə məhdudlaşdırılmasına qarşı çıxır və bu istiqamətdəki mübarizəni milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edir.
3.5.MDŞ Güney Azərbaycan Milli Hərəkatını rəsmiyyətə tanıyan, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan, milli dövlətçilik hədəfini dəstəkləyən bütün qüvvələrlə müzakirə və əməkdaşlığa hazırdır. Rəsmi müzakirələr gərəyi terrorçu qruplar istisna olmaqla, hər hansı siyasi qurumla danışıq və müzakirə MDŞ-nın prinsipləri və birgə aldığı qərar əsasında həyata keçirililəcək.
3.6.MDŞ sivil, mədəni mübarizəyə üstünlük verir, özünümüdafiənin bütün məşru yollarından istifadə etməyi məqbul sayır.
3.7.MDŞ etnik, dini, məzhəbi və s. azlıqların hüqüqlarına hörmətlə yanaşır, bərabərhüquqlu vətəndaş cəmiyyətinin yaradılması uğrunda mübarizə aparır.
3.8.İran və irançılığı, hər hansı ad və ya örtü altında olursa-olsun, rədd edir, çağdaş, demokratik, dünyəvi-sekular Güney Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə aparır.
4. MDŞ-də üzvlük
4.1. MDŞ-də üzvlük fərdi və kollektiv qaydada ola bilər.
4.1.1. MDŞ-nin ideya və məramı uğrunda çalışan, nizamnamə və fəaliyyət prinsiplərini qəbul edən, xalqımızın milli və mənəvi dəyərlərini uca tutan, 18 yaşına çatmış hər bir güney azərbaycanlı, harada yaşamasından, dinindən, cinsindən, etnik mənsubiyyətindən, vətəndaşlığından asılı olmayaraq, MDŞ-ə üzv ola bilər;
4.1.2. MDŞ-nin məqsəd və məramını qəbul edən, nizamnamə və fəaliyyət prinsiplərini rəhbər tutan, Güney Azərbaycanda davam edən milli hərəkatımıza mənsub olan qurumlar MDŞ-nin kollektiv üzvü ola bilər.
4.2. MDŞ üzvü digər ictimai təşkilatların və siyasi partiyaların üzvü ola bilər.
4.3. MDŞ-də fərdi üzvlük Mərkəzi Şuraya ünvanlanan diləkçə əsasında, MDŞ bölmələrində, mərkəz, filial, nümayəndəlik və ya digər uyğun qurumlarda həyata keçirilir.
4.4. Kollektiv üzvlük, üzv olmaq istəyən təşkilatın rəhbər orqanlarının qərarının və səlahiyyətli nümayəndə haqqında məlumatın da əlavə edildiyi MDŞ Mərkəzi Şurasına ünvanlanan diləkçə əsasında həyata keçirilir.
4.5. Üzvlüyə qəbul Mərkəzi Şurada açıq səs vermə yolu ilə həyata keçirilir.
4.6. MDŞ üzvlüyündən çıxmaq istəyən şəxs və qurum Mərkəzi Şuraya ünvanladığı diləkçəni uyğun orqana təqdim edir.
4.7. MDŞ üzvünün hüquqları:
4.7.1. Rəhbər orqanlara seçmək və seçilmək;
4.7.2. Müzakirələrdə iştirak etmək və təkliflər vermək;
4.7.3. Şikayət və ərizələrlə müraciət etmək;
4.7.4. Rəhbər orqan və şəxslərin fəaliyyəti haqqında məlumat almaq;
4.7.5. MDŞ sıralarından çıxmaq.
4.8. MDŞ üzvünün vəzifələri:
4.8.1. MDŞ-nin nizamnaməsinə əməl etmək, onun ideyalarının yayılmasına çalışmaq;
4.8.2. Təşkilatdaxili fəaliyyətində müvafiq rəhbər orqanların qanunauyğun qərar və göstərişlərinə əməl etmək;
4.8.3. MDŞ-nin keçirdiyi tədbirlərdə iştirak etmək;
4.8.4. MDŞ-nin nüfuzuna, ideallarına və fəaliyyət prinsiplərinə zərər vura biləcək hərəkətlərə yol verməmək.
4.9. MDŞ üzvü nizamnaməni pozduqda, MDŞ-nin nüfuz və etibarına xələl gətirən hərəkətlərə yol verdikdə, MDŞ-nin işlərində iştirakdan sürəkli boyun qaçırdıqda, müvafiq orqanın təqdimatı və Mərkəzi Şuranın qərarı ilə MDŞ sıralarından ixrac edilə bilər.
4.10. MDŞ-dən xaric edilmiş şəxs ixrac qərarının bildirilməsindən 1 (bir) ayı keçməmək şərti ilə Mərkəzi Disiplin Qurumuna etiraz diləkçəsi ilə müraciət edə bilər.
5. Təşkilat strukturu
5.1. MDŞ-nin rəhbər orqanları
5.1.1. MDŞ-nin ali orqanı 2 ildən bir Mərkəzi Şura tərəfindən çağırılan qurultaydır. Növbədənkənar qurultay MŞ və Mərkəz Disiplin Qurumunun birgə qərarı və 2/3 səs çoxluğu ilə çağırıla bilər.
5.1.2. Qurultaya nümayəndəlik norması və keçirilmə qaydası MŞ tərəfindən müəyyən edilir.
5.1.3. Qurultay
– Təşkilatı təsis edir və ya seçilmiş nümayəndələrin 2/3 səs çoxluğu ilə onun fəaliyyətinə xitam verir.
– MDŞ-nin məramnamə, nizamnamə və proqramını təsdiq edir, gərəkdiyini isə onlarda dəyişikliklər aparır.
– Mərkəzi Şura və Mərkəzi Disiplin Qurumu sədrlərinin hesabatlarını dinləyir və qiymətləndirir.
– Mərkəzi Şuranın və Mərkəzi Disiplin Qurumunun say tərkibini müəyyənləşdirir, onların üzvlərini seçir.
– Təşkilatın loqosunu, bayrağını və digər simgələrini təsdiq edir.
– Qurultaylararası dövrdə təşkilatın rəhbər orqanı Mərkəzi Şuradır.
5.1.4. Mərkəzi Şura (MŞ)
– MŞ-nin səlahiyyət müddəti 2 ildir.
– MŞ qurultaylararası müddətdə təşkilatın ali icra və qərarverici orqanıdır.
– Öz üzvləri arasından məclis sədrini, sədr müavinlərini, məclis katibini və departament, şöbə və mərkəz rəhbərlərini seçir.
– Seçkili mərkəzi orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir.
– Qurultayda seçilmiş şəxslər ciddi nizamnamə pozuntusuna yol verdikdə, MDQ-nun rəyini əsas alaraq, MŞ üzvlərinin yarısından çoxunun qərarı ilə onları ixrac edir.
– Təşkilatın icra strukturlarının, idarə heyətini, departament, şöbə və mərkəzlərini yaradır və onların əsasnamələrini təsdiq edir.
– Təşkilatın mətbuat orqanlarını və digər informasiya vasitələrini təsis edir.
– MŞ-NİN toplantılarıarası müddətdə təşkilatın fəaliyyətinə İdarə Heyəti (İH) rəhbərlik edir.
5.1.5. İdarə heyəti
– İdarə Heyəti MŞ-NİN iclasları arasındakı dövrdə MŞ-NİN müstəsna səlahiyyətinə aid olan məsələlərdən başqa bütün məsələləri həll edir.
– İdarə heyətinin tərkibi MŞ sədri, sədr müavinləri, MŞ katibi və MDQ-nin sədrindən ibadətdir.
5.1.6. MŞ-NİN sədri
– Təşkilatı təmsil edir, MŞ-NİN razılığı ilə müqavilələr və sazişlər imzalayır.
– MŞ-NİN və İdarə Heyətinin toplantılarına sədrlik edir.
– MŞ sədri hər hansı bir səbəbdən öz vəzifələrini icra edə bilmədikdə, birinci müavin, o olmadıqda isə ikinci müavin sədrin səlahiyyətlərini həyata keçirir.
– MŞ iclaslarının gündəliyinə təkliflər verir.
– MŞ-NİN qərarlarının icrasına nəzarət və köməklik edir.
5.1.7. Mərkəzi Disiplin Qurumu
– MDQ-NİN səlahiyyət müddəti 2 ildir.
– MDQ təşkilatın bütün üzvləri və strukturlarının fəaliyyətinin nizamnamə və məramnaməyə uyğunluğuna nəzarət edir.
– Şikayətlər əsasında və ya öz təşəbbüsü ilə yoxlamalar aparır, nizamnamə və ya məramnaməyə uyğun olmayan hallara rastladıqda, müvafiq şəxs və ya orqana tapşırıq verir, ciddi nizamnamə və məramnamə pozuntusu hallarında isə, səbəbkarlara nizamnamədə nəzərdə tutulmuş qaydada cəza verilməsi üçün, MŞ qarşısında məsələ qaldırır.- MDQ, MDŞ üzvləri və orqanlarından gələn ərizə və şikayətlərə 45 gün içində cavab verir.
– MDQ-nin sədri qurumun üzvləri arasından MDQ toplantısında seçilir, qurumu təmsil edir, üzvlərin fəaliyyətini əlaqələndirir, qurum adından İH-nın toplantılarında iştirak edir.
6. MDŞ-NİN əmlakı və maliyyə vəsaiti
6.1. MDŞ-nin mülkiyyətində fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq, əmlak və vəsait ola bilər.
6.2. MDŞ üzvlərinin, MDŞ mülkiyyətinə daxil olan əmlak və vəsait üzərində hər hansı bir xüsusi hüququ yoxdur.
6.3. MDŞ və onun təşkilatlarının maliyyə vəsaiti üzvlərinin üzvlük haqlarından, fiziki və hüquqi şəxslərin bağışlarından və fəaliyyət göstərdiyi ölkələrdə qanunla qadağan edilməmiş digər yollardan əldə edilən vəsaitlər hesabına yaranır.
6.4. Üzvlük haqları, bağışlar və digər qanuni yollardan yaranan vəsait MŞ-nin qərarı və birbaşa nəzarəti ilə MDŞ strukturlarının fəaliyyətinə yönləndirilir.
6.5. MŞ strukturların fəaliyyətinə ayırdığı vəsaitin vaxtaşırı hesabatını müvafiq strukturdan tələb edir.
7. MDŞ-nin fəaliyyətinə xitam verilməsi
7.1. MDŞ-nin fəaliyyətinə MDŞ qurultayında, qurultay nümayəndələrinin 2/3 hissəsinin razılığı ilə xitam verilə bilər.
7.2. MDŞ-nin fəaliyyətinə xitam verildiyində, onun əmlakı və maliyyə vəsaiti ilə bağlı qərar da, eyni qurultayda və qurultay nümayəndələrinin 2/3 hissəsinin razılığı ilə çıxarılır.