Qəhrəman Azərbaycan Türk Milləti
İran Fars rejimi Urmu gölünü qəsdən qurudaraq milyonlarla Azərbaycan Türkünün heyatını təhlükəyə salıb onları ana topraqlarından köçdurmək niyyətindədir.
Ekspertlərin fikrine göre Urmu gölünün gurudulması projəsi son zamanlarda başlanmış olsa da, əslində Pehlevi döneminden bəri başlanmış olan Azərbaycan Türklərinə qarşı siyasətlərin təmamlayıcı mərhələsidir. Təsadüfi deyil ki, azərbaycanlıların öz tarixi torpaqlarından köçdürülməsi rejimin “ilslami Şura Məclisi” vəkillərinin dili ilə belə gündəmə gətirilir.
Hazırda Urmu gölünün təxminən 95% -i quruyub ve sürətlə tam quruma aşamasına keçmişdir. İran rejimi Urmu gölünün qurumasını təbii və iqlim faktorları ilə əlaqələndirməyə çalışsa da, mütəxəssislərin bildirdikləri kimi Urmu gölünün sürətlə qurumasının əsas nədəni gölə axan çayların üzərində çox sayılı su bəndlərinin tikilməsi və suyun gölə axışının əngəllənməsidir.
Güney Azərbaycan Milli Dövlətçilik Şurası, Urmu gölünün yenidən canlanması və Araz çayının zəhərlənməsini durdurmaq uğrunda bütün etiraz təşəbbüsləri və çağırışları dəstəkləyir və bütün milli-siyasi qüvvələri birgə fəaliyyətə dəvət edir.
MDŞ hesab edir ki, bugünkü şəraitdə rejimin millətimizə qarşı davam etdirdiyi soyqırım siyasətinə qarşı ciddi və mütəşəkkil mübarizə aparılmalıdır. Millətimizi və Vətənimiz Azərbaycanı bu faciədən qurtarmaq hər bir Azərbaycan türkünün milli borcdur.
Güney Azərbaycan Milli Dövlətçilik Şurası
08-08-2023